Şoyqunun İran və Azərbaycana səfərlərinin məqsədi nə olub?

Ekspert: “Münaqişə həll olunmasa da, sakitlik yaranıb”.

Poliqon xəbər verir ki, bunu politoloq və şərqşünas Yelena Suponina “Moskovskiy komsomolets” qəzetinə Sergüy Şoyqunun Tehran və Bakıya səfərini şərh edərkən deyib.

Suponina qeyd edib ki, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun İran və Azərbaycana səfəri İran və İsrail arasında gərginliyin artması fonunda baş tutub.

Ekspertin sözlərinə görə, Moskvanın təcili diplomatik addımlarının əsas məqsədi odur ki, Yaxın Şərqdə baş verənlər qaçılmaz olaraq böyük regional münaqişəyə gətirib çıxarmasın.

“Risklər çox böyükdür, amma yenə də Tehran bu riskləri öz çiyinlərində daşıyır”, deyə politoloq vurğulayıb.

Suponina istisna etməyib ki, Sergey Şoyqunun başçılıq etdiyi Rusiya nümayəndə heyətinin Tehrana səfəri İranın terror aktına reaksiyasının vaxtına təsir edib, onu bir qədər təxirə salıb.

“İndi iranlılar hücumu diqqətlə hazırlayır, onu digər müttəfiqləri ilə əlaqələndirirlər. Odur ki, hələlik mən Rusiya missiyasının uğurları barədə çox ehtiyatla danışardım. Ancaq şübhəsiz ki, Moskvanın arqumentləri ən azı əməliyyatın bir qədər təxirə salınmasına təsir etdi”, deyə ekspert bildirib.

Suponinanın fikrincə İranın İsrailə cavabı qaçılmazdır.

“Münaqişə həll olunmasa da, sakitləşdi. Fikrimcə, İranın cavabı ancaq gecikdirilir, lakin cavab qaçılmaz olacaq. Bir şeylərin olacağını güman edirəm”, deyə politoloq vurğulayıb.

Poliqon.info