ABŞ-da Trampa sui-qəsd hazırlayan pakistanlı saxlanılıb

ABŞ Ədliyyə Nazirliyi Pakistan vətəndaşını keçmiş prezident Donald Trampa və digər Amerika siyasətçilərinə sui-qəsd təşkil etməkdə ittiham edib...

Poliqon xəbər verir ki, bu barədə CNN telekanalı amerikalı rəsmiyə istinadən məlumat yayıb. Mənbə bildirib ki, bu iş ABŞ hökumətini keçmiş prezident və digər rəsmilərin təhlükəsizliyini gücləndirməyə vadar edib.

Federal Təhqiqatlar Bürosunun (FTB) müstəntiqləri hesab edirlər ki, sui-qəsd Trampı və digər hazırkı və keçmiş ABŞ hökumət rəsmilərini hədəf alıb.

Bruklin federal prokurorlarının irəli sürdüyü ittihamlara əsasən, İran hökuməti ilə əlaqəsi olduğu iddia edilən 46 yaşlı Asif Merçant qətl törədə bilən adamlar, “kəşfiyyat” üçün bir qadın və etiraz aksiyası keçirə biləcək təxminən 25 nəfər axtarırməş

Asif Merçant iyulun 12-də bir neçə hüquq-mühafizə orqanları əməkdaşları olan “qatillərlə” görüşdükdən qısa müddət sonra ABŞ-ı tərk etməyə çalışırkən həbs edilib.

Merçant bildirib ki, onun hədəfləri “adi insanlar” deyil, “Pakistana və müsəlman dünyasına zərər verən” şəxslərdir.

Poliqon.info