İordaniya, Qətər və Səudiyyə Ərəbistanı ABŞ-ın təklifini rədd edib

İordaniya, Qətər və Səudiyyə Ərəbistanı hökumətləri ABŞ-ın Qəzza zolağında müharibədən sonrakı sülhməramlı missiyada iştirak etmək təklifini rədd edib...

Poliqon xəbər verir ki, bu məlumatı “The Times of Israel” nəşri yayıb.

Məlumatı nəşrə iki mənbə təsdiqləyib. Ərəb mənbəsi İordaniya, Qətər və Səudiyyə Ərəbistanının imtinasını bununla izah edib ki, bu sülhməramlı missiya İsraili fələstinlilərdən qorumaq kimi görünür.

Eyni zamanda Misir və BƏƏ missiyada iştirak etmək niyyətlərini təsdiqləsələr də, bir neçə şərt qoyublar. Onların arasında İsrailin baş naziri Benyamin Netanyahunun rədd etdiyi “iki xalq üçün iki dövlət” konsepsiyasının həyata keçirilməsi tələbi də var.

Poliqon.info