Niger Ukrayna ilə diplomatik əlaqələri kəsir

Niamey “Ukraynanın təcavüzü ilə bağlı BMT Təhlükəsizlik Şurasına müraciət etmək” qərarına gəlib...

Niger hakimiyyəti Kiyevi təcavüzdə ittiham edərək, Ukrayna ilə diplomatik əlaqələri dərhal kəsir.

Poliqon France-Presse Agentliyinə istinadən xəbər verir kibu barədə Niger hökumətinin rəsmi nümayəndəsi Amadu Abdraman məlumat verib.

Abdraman Niameyin “Ukrayna təcavüzü ilə bağlı BMT Təhlükəsizlik Şurasına müraciət etmək qərarına gəldiyini” açıqlayıb.

Qeyd edək ki, daha əvvəl qonşu Mali Respublikasının hakimiyyət orqanları da Ukrayna ilə diplomatik münasibətləri kəsdiyini bəyan edib. Malinin keçid hökuməti Ukrayna rəsmilərinin son bəyanatlarından dərin narazılığını bildirib. Mali rəsmiləri bildiriblər ki, Ukrayna hərbi kəşfiyyatının mətbuat katibi Andrey Yusov birbaşa Kiyevin Mali əsgərlərinin ölümünə səbəb olan hücumda iştirakına eyham vurub. Bu şərhləri Ukraynanın Seneqaldakı səfiri də dəstəkləyib.

Mali Ukraynanın bu cür hərəkətlərini təkcə onun suverenliyinin pozulması deyil, həm də beynəlxalq terrorizmə dəstək hesab edib.

Poliqon.info