Maduro: Mən ölkəni WhatsApp-dan ayırmayacağam...

Nikolas Maduro Venesuelada ilə WhatsApp-ı bağlamayacağını bildirib...

Venesuela WhatsApp messencerindən ayrılmayacaq. Prezident Nikolas Maduro bunu Karakasın mərkəzində yaşlı venesuelalılarla görüşdə çıxış edərkən deyib.

Poliqon xəbər verir ki, bu barədə “Venezolana de Televisión” milli telekanalı məlumat yayıb.

Maduro WhatsApp-ı imperialist şirkətin messenceri və casusluq mərkəzi adlandırıb. O, WhatsApp-ın Venesuelaya qarşı psixoloji müharibədə istifadə edildiyini və Bolivar Respublikasına qarşı təxribatçı fəaliyyətlər həyata keçirmək üçün istifadə edildiyini vurğulayıb. Belə ki, messencerdən minlərlə insana Maduroya qarşı çıxmaq üçün zəng edilib.

Venesuela prezidenti qeyd edib ki, o, hazırda Telegram və WeChat xidmətlərindən istifadə edir.

Eyni zamanda Maduro bir düyməyə basmaqla ölkəni WhatsApp-dan ayırmayacağını bildirib.

Bundan əvvəl Maduro tərəfdarlarının Karakasda keçirdiyi mitinqdə WhatsApp messencerindən həmişəlik istifadəni dayandıracağını və Telegram və WeChat xidmətlərinə keçəcəyini vəd edib.

Poliqon.info