İsrail ordusu Livanın iki bölgəsində “Hizbullah”a qarşı zərbələr endirib

İsrail ordusu Hizbullahın hərbi strukturu və infrastrukturuna zərbələr endirdiyini bildirib...

Poliqon xəbər verir ki, vu barədə İsrail ordusunun telegram kanalında məlumat verilib.

Zərbələr Yarounda silahlı “Hizbullah” tərəfdarlarının yerləşdiyi hərbi strukturu, həmçinin Livanın cənubundakı Kfarkeldə “Hizbullah” infrastrukturunu hədəf alıb.

Xatırladaq ki, Livanın şiə təşkilatı “Hizbullah” HƏMAS-a dəstək ifadə edib və “Hizbullah” davamlı olaraq İsrailin şimalını raket atəşlərinə məruz qoyur.

Poliqon.info