ABŞ və müttəfiqləri İsrail və İrana birbaşa xəbərdarlıq edib

ABŞ və müttəfiqləri İsrail və İrana eskalasiyanın qəbuledilməz olduğu barədə birbaşa siqnal göndəriblər...

ABŞ və müttəfiqləri İsrail və İrana birbaşa siqnal göndərib ki, gərginlik daha da artmamalıdır.

Poliqon TASS Agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ-Avstraliya danışıqlarının yekunları iləbağlı mətbuat konfransında dövlət katibi Entoni Blinken danışıb.

“Biz Yaxın Şərqdə gərginliyi azaltmaq və münaqişənin böyüməsinin qarşısını almaq üçün intensiv işləməyə davam edirik”, deyə Blinken mətbuat konfransında bildirib.

Blinken əlavə edib ki, ABŞ və tərəfdaşları heç kəsin eskalasiyaya can atmaması ilə razılaşırlar.

Poliqon.info