Abbas: Vahid Fələstin hökuməti ilə bağlı danışıqlar müharibədən sonra başlayacaq

Fələstin prezidenti Mahmud Abbas bildirib ki, Fələstində milli birlik hökumətinin yaradılması ilə bağlı danışıqlar Qəzza zolağında müharibə başa çatdıqdan sonra başlayacaq...

Polqion xəbəbr verir ki, Abbas bu barədə Fələstin lideri “RİA Novosti” Agentliyinə müsahibəsində danışıb. Onun sözlərinə görə, bu, HƏMAS hərəkatı İsrailin irəli sürdüyü şərtlərlə razılaşacağı təqdirdə Vahid Fələstin hökumətinin yaradılması mümkün olacaq.

“Üç ay əvvəl siyasi fraksiyalara aid olmayan fələstinli peşəkar kadrlardan ibarət texnokratik hökumət təsdiqlənib”, deyə Abbas vurğulayıb.

Fələstin lideri bildirib ki, texnokratik hökumət Fələstin xalqına qarşı öhdəliklərini İordan çayının qərb sahili və Qüdsdə yerinə yetirir. Həmçinin Fələstin prezidenti qeyd edib ki, hazırda Fələstin hakimiyyətinin əsas vəzifəsi Qəzzaya təcavüzə son qoymaqdır.

Poliqon.info