Donald Tramp İlon Maska böyük müsahibə verəcək

ABŞ prezidentliyinə namizəd Donald Tramp sahibkar və dünyanın ən zəngin adamlarından biri İlon Maskla müsahibəsini açıqlayıb...

Poliqon xəbər verir ki, bu barədə Tramp özünün “Truth Social” sosial şəbəkəsində yazıb.

“Bazar ertəsi axşam mən İlon Maska uzun müsahibə verəcəm”, deyə ABŞ prezidentliyinə namizəd bildirib. Tramp həmçinin əlavə edib ki, təfərrüatlar daha sonra veriləcək.

Xatırladaq ki, iyulun 13-də Batlerdə seçki kampaniyası zamanı Donald Tramp sui-qəsd edildikdən sonra İlon Mask onu Respublikaçılar Partiyasından prezidentliyə namizəd kimi dəstəkləyib. İyulun 19-da Donald Tramp Respublikaçılar Partiyasından prezidentliyə namizəd olmağa rəsmən razılıq verib.

Poliqon.info