Bakı sakini Qaxda atdan yıxılaraq ağır xəsarət alıb    

Qaxda atdan yıxılan qız ağır xəsarət alıb...

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə İlisu kəndində baş verib.

Rayona istirahət üçün gələn Bakı şəhər sakini, 2008-ci il təvəllüdlü Həmidə Fazil qızı Rəsulzadə kənddə at sürərkən daşlı-çınqıllı ərazidə yıxılaraq ağır xəsarətlər alıb.

H.Rəsulzadə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Poliqon.info