Paris-2024: Azərbaycan atleti 7-ci yeri tutub    

Azərbaycanı Paris-2024-də çəkicatma yarışında təmsil edən Anna Skidan final mərhələsində mübarizə aparıb...

"Report" xəbər verir ki, 12 idmançının yer aldığı həlledici mərhələdə atletimiz ilk 3 cəhdinin yekununda 73.27 metr nəticə ilə 6-cı olub və mübarizəni davam etdirərək ilk "səkkizliy"ə düşüb.

Növbəti 3 cəhdində göstəricisini yaxşılaşdıraraq 73.66 metrə çatdıran Anna Skidan Olimpiya Oyunlarında 7-ci yeri tutub.

Qeyd edək ki, Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.

Poliqon.info