UEFA Çempionlar Liqası: "Qarabağ" evdə Bolqarıstan klubuna məğlub olub - Yenilənib

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçirilən "Qarabağ" - "Ludoqorets" (Bolqarıstan) matçı başa çatıb...

"Report" xəbər verir ki, qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bolqarıstan klubunun heyətində Diniş Almeyda (56) və Kayo Vidal (87) fərqlənib. "Qarabağ"dan Juniniyo 65-ci dəqiqədə rəqib qapısına yol tapıb.

89-cu dəqiqədə K.Vidal qırmızı vərəqə ilə meydandan qovulub.

Qeyd edək ki, komandalar arasında cavab görüşü avqustun 13-də keçiriləcək.

***

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçirilən "Qarabağ" - "Ludoqorets" (Bolqarıstan) matçında hesab bərabərləşib.

"Report" xəbər verir ki, Juniniyo 65-ci dəqiqədə rəqib qapısına yol tapıb - 1:1.

Qonaqlardan isə Diniş Almeyda 56-cı dəqiqədə fərqlənib.

***

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçirilən "Qarabağ" - "Ludoqorets" (Bolqarıstan) matçında hesab açılıb.

"Report" xəbər verir ki, qonaqların futbolçusu Diniş Almeyda 56-cı dəqiqədə fərqlənib - 0:1

Qarşılaşmanın baş hakimi isveçrəli Urs Şniderdir.

***

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində "Qarabağ" - "Ludoqorets" (Bolqarıstan) matçında ikinci hissə başlayıb.

"Report" xəbər verir ki, hazırda davam edən oyunda hesab açılmayıb.

Qarşılaşmanın baş hakimi isveçrəli Urs Şniderdir.

***

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində "Qarabağ" - "Ludoqorets" (Bolqarıstan) matçında ilk hissə başa çatıb.

"Report" xəbər verir ki, komandalar fasiləyə qolsuz yollanıb.

Qarşılaşmanın baş hakimi isveçrəli Urs Şniderdir.

***

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində "Qarabağ" - "Ludoqorets" (Bolqarıstan) matçı start götürüb.

Poliqon xəbər verir ki, görüş Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.

Qarşılaşmanın baş hakimi isveçrəli Urs Şniderdir.

Poliqon.info