Mahir Emreli rəsmən Almaniya klubuna transfer olunub

Azərbaycan millisinin üzvü Mahir Emreli Almaniyanın "Nürnberq" klubu ilə müqavilə bağlayıb...

"Report" xəbər verir ki, bu barədə Almaniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

27 yaşlı hücumçu bu gün "qırmızı-qaralar"la 1 illik sözləşmə imzalayıb.

Qeyd edək ki, M.Emrelinin son olaraq çıxış etdiyi Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu ilə müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib.

Poliqon.info