"Santa Barbara"nın aktyoru vəfat etdi

"Santa Barbara" serialının ulduzu Çarlz Sayfers 85 yaşında vəfat edib...

Poliqon baku.ws-ə istinadən bildirir ki, bu barədə aktyorun meneceri Kris Rouya məlumat yayıb. Rou bildirib ki, Sayfers 2024-cü il avqustun 4-də Arizona ştatında qısa müddətli xəstəlikdən sonra dünyasını dəyişib.

"Çarlz mehriban və həssas insan idi. Onun hər zaman maraqlı hekayələri olurdu. Uzun illər yaxın dost idik. Çox darıxacağıq", - deyə Rou qeyd edib.

Xatırladaq ki, aktyor 1939-cu il iyulun 28-də Nyu-York ştatında anadan olub. Təhsilini Amerika Dram Sənəti Akademiyasında və Los-Ancelesdəki Kaliforniya Dövlət Universitetində teatr sənəti üzrə bakalavr dərəcəsi ilə başa vurub.

Tamaşaçılar onu "Santa Barbara", "Təcili Yardım", "Möcüzə Qadın" və digər seriallardan tanıyır. Sayfers ilk dəfə 1978-ci ildə Con Karpenterin "Halloween" qorxu filmində şerif Braketti canlandırıb. O, 1981-ci ildə "Halloween II" və 2021-ci ildə "Halloween Kills" filmlərində bu rolunu təkrarlayıb.

Poliqon.info