Çempionlar Liqası: "Qarabağ"ın bugünkü oyununa 28 min bilet satılıb - Yenilənib

"Qarabağ"ın Bakıda Bolqarıstan təmsilçisi "Ludoqorets"ə qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununa indiyədək 28000 bilet satılıb...

Poliqon xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matç üçün 30000-ə yaxın bilet satışa çıxarılıb.

Qeyd edək ki, bu gün reallaşacaq “Qarabağ” – “Ludoqorets” görüşü saat 20:00-da start götürəcək. Cavab görüşü avqustun 13-də olacaq.

***

"Qarabağ"ın Bakıda Bolqarıstan təmsilçisi "Ludoqorets"ə qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununa indiyədək 25500 bilet satılıb.

Poliqon.info