İlon Mask Britaniyanın baş nazirinin açıqlamasını tənqid edib

Amerikalı iş adamı və milyarder İlon Mask X sosial şəbəkəsindəki səhifəsində Böyük Britaniyanın baş naziri Kir Starmerin ölkədəki iğtişaşlarla bağlı açıqlamasını tənqid edib...

Poliqon-nun məlumatına görə, Starmer bildirib ki, Britaniyada baş verənlər etirazlar deyil, adi zorakılıqdır. O əlavə edib ki, hökumət məscidlərə və müsəlman icmalarına edilən hücumlara dözməyəcək.

"Bütün icmalara edilən hücumlardan narahat olmamalısan?, deyə Mask Britaniya baş nazirinin sosial şəbəkədəki yazısının altında qeyd edib.

Böyük Britaniyada miqrantlara qarşı kütləvi etirazlar və iğtişaşlar iyulun sonunda 17 yaşlı yeniyetmənin Soutportda uşaq rəqs studiyasına bıçaqla hücumundan sonra başlayıb. Hücum zamanı ümumilikdə 9 uşaq yaralanıb, onlardan üçünü xilas etmək mümkün olmayıb, həmçinin iki böyük xəsarət alıb. Hücum edən şəxs saxlanılıb və cinayət işi açılıb. Lakin polis hücumun terrorla bağlı olmadığını bildirib.

Hücumdan sonra şübhəlinin qaçqın olduğu barədə təsdiqlənməmiş məlumat yayılıb. Bunun fonunda Soutport, London və Britaniyanın digər şəhərlərində iğtişaşlar başlayıb. İfrat sağçı "İngilis Müdafiə Liqası" təşkilatının tərəfdarları ilə polis arasında toqquşma baş verib. Daha sonra ölkənin digər şəhərlərində də iğtişaşlar yaşanmağa başlayıb. Son məlumatlara görə, 400-ə yaxın adam saxlanılıb. Avqustun 5-də Böyük Britaniyanın baş naziri iğtişaşlarla əlaqədar fövqəladə komitə toplayıb.

Poliqon.info