Gürcüstan-Rusiya sərhədindəki "Kazbegi" keçid məntəqəsinin işi bərpa olunub

Gürcüstan-Rusiya sərhədindəki "Kazbegi" keçid məntəqəsinin işi bərpa olunub...

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb.

Məlumata görə, “Dariali” sərhəd-keçid məntəqəsi vasitəsilə də hər iki istiqamətdə sərnişindaşıma (pasport nəzarəti və gömrük prosedurları) bərpa edilib.

Xatırladaq ki, ötən gün əvvəl "Kazbegi" Ticarət və Sənaye Palatası texniki işlərlə əlaqədar bağlanmışdı.

Poliqon.info