Pentaqon İraqda ABŞ hərbçilərinin yaralanması ilə bağlı məlumatları təsdiqləyib

ABŞ Müdafiə Nazirliyi İraqda Vaşinqtonun rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələrinin istifadə etdiyi “Ayn əl-Əsəd” aviabazasının atəşə tutulması nəticəsində bir neçə amerikalı hərbçinin yaralandığını təsdiqləyib...

Poliqon xəbər verir ki, bu barədə məlumatı Pentaqon rəsmisi TASS Agentliyinin müxbirinə təsdiq edib.

“Biz təsdiq edə bilərik ki, bu gün “Ayn əl-Əsəd” aviabazasında Amerika və koalisiya qüvvələrinə raket hücumu olub. İlkin məlumatlara görə, bir neçə amerikalı hərbçi yaralanıb”, - deyə Pentaqon rəsmisi TASS-ın sorğusunu cavablandırıb. Rəsmi əlavə edib ki, ABŞ ordusu insidentlə bağlı yeni məlumatlar əldə etdikdən sonra ictimaiyyətə daha ətraflı məlumat verəcək.

Qeyd edək ki, İraqın “Shafaq News” portalı İraqın təhlükəsizlik xidmətindəki mənbəyə istinadən ölkənin qərbindəki Ənbar əyalətində beynəlxalq koalisiya qoşunlarının istifadə etdiyi “Ayn əl-Əsəd” aviabazasının raket atəşinə tutulduğunu yazıb.

Poliqon.info