Dövlət Departamenti Banqladeşdə müvəqqəti hökumətin yaradılmasını dəstəkləyib

ABŞ hakimiyyəti ölkədə kütləvi etirazlar fonunda Banqladeşdə müvəqqəti hökumətin yaradılmasının tərəfdarıdır...

Poliqon xəbər verir ki, bunu jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller deyib.

“Biz müvəqqəti hökumətin elanını alqışlayırıq və hakimiyyətin istənilən təhvilinin Banqladeş qanunlarına uyğun olaraq həyata keçirilməsinə çağırırıq”, deyə Miller bildirib.

ABŞ xarici siyasət sözçüsünün sözlərinə görə, ABŞ vəziyyəti yaxından izləyir və bütün tərəfləri növbəti zorakılıqdan çəkinməyə çağırır.

Vaşinqton administrasiyası ordunun ölkədə müvəqqəti hökumətin qurulmasında iştirak etməli olduğuna inanırmı, sualına Miller belə cavab verib: “Biz Banqladeş xalqının Banqladeş hökumətinin gələcəyini müəyyən etməsini istəyirik”.

Milller insan itkilərinə görə günahkarların ədalət qarşısında cavab verməli olduöunu da qeyd edib.

“Biz zorakılığa son qoymağa və təqsirkarların ədalətə çatdırmağa diqqət yetirmişik. Müvəqqəti hökumətlə bağlı bütün qərarlar demokratik prinsiplərə, qanunun aliliyinə və Banqladeş xalqının iradəsinə uyğun olaraq qəbul edilməlidir”, - deyə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri əlavə edib.

Poliqon.info