Abbas: Fələstin İsraillə danışıqlardan imtina etməyib

Fələstin prezidenti İsraillə danışıqlarla bağlı açıqlama verib...

Fələstin-İsrail münaqişəsinin həlli yolu beynəlxalq qətnamələrə əsaslanan siyasi həlldən keçir, İsrail isə münaqişəyə son qoymağın sülh yolundan imtina edir.

Poliqon xəbər verir ki, bunu Fələstin prezidenti Mahmud Abbas “RİA Novosti” Agentliyinə müsahibəsində bildirib.

“Biz bir daha təsdiq edirik ki, qlobal sülh və təhlükəsizliyə nail olmağın yolu beynəlxalq qətnamələrə və ərəb sülh təşəbbüsünə əsaslanan siyasi həlldən keçir”, deyə Abbas vurğulayıb.

Abbasın sözlərinə görə, Fələstin İsrail nümayəndələri ilə görüşlərdən imtina etməyib. Onun sözlərinə görə, dövlət dəfələrlə Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşə razılaşıb.

“Dinc yoldan üz döndərən İsrail tərəfi olub”, deyə Abbas əlavə edib.

Müsahibəsində Fələstin prezidenti həmçinin bəyan edib ki, Qəzza zolağı qanuni Fələstin hakimiyyətinin nəzarətinə verilməlidir.

Poliqon.info