Məcnun Məmmədov Zaqatalada vətəndaşları qəbul edəcək

Avqustun 9-da, saat 09:00-da kənd təsərrüfatı naziri Məcnun Məmmədov Zaqatala Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Zaqatala, Balakən və Qax rayonlarından olan vətəndaşları qəbul edəcək...

Poliqon nazirliyə istinadən xəbər verir ki, qəbulda iştirak etmək istəyənlər Mərkəzə (050-353-48-66) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün həmçinin nazirliyin “Çağrı Mərkəzi”nə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar.

Qəbula gələn vətəndaşlar şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

Poliqon.info