Zabratda avtomobil piyadanı vuraraq öldürdü

Sabunçu rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib...

Poliqon APA-ya istinadən bildirir ki, hadisə Zabrat qəsəbəsi istiqamətində qeydə alınıb.

"Tofaş Şahin" markalı avtomobil yolu keçən piyada Fətəliyev Kamil Rəşid oğlunu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla araşdırılır.

Poliqon.info