Abbas: Qəzza zolağı qanuni Fələstin hakimiyyətinin nəzarətinə verilməlidir...

Fələstin prezidenti Qəzza zolağının gələcək idarəçiliyi ilə bağlı açıqlama verib...

Qəzza zolağı qanuni Fələstin hakimiyyətinin nəzarətinə verilməlidir.

Poliqon xəbər verir ki, bu barədə Fələstin prezidenti Mahmud Abbas “RİA Novosti” Agentliyinə müsanibəsində bildirib.

“Qəzza Fələstin Azadlıq Təşkilatının, qanuni Fələstin hökumətinin himayəsi altında idarə olunmalıdır”, deyə Fələstin prezidenti vurğulayıb.

Mahmud Abbas əlavə edib ki, Fələstin Azadlıq Təşkilatı Fələstin-İsrail münaqişəsinin həllinə yardım etməyə hazırdır. Eyni zamanda, Abbasın sözlərinə görə, Fələstin İsrailin münaqişənin “bəzi müvəqqəti həll yollarını” nəzərdə tutan planlarına qəti şəkildə qarşı çıxır.

Poliqon.info