Yaponiyanın baş naziri Rusiyanı nüvə təhlükəsinin mənbəyi hesab edir

Kişida Xirosimada keçirilən anım mərasimində Rusiyadan gələn nüvə silahı təhlükəsindən danışıb...

Yaponiyanın baş naziri Fumio Kişida Amerikanın atom bombasının 79-cu ildönümü münasibətilə Xirosimadakı “Sülh Memorialı Parkı”nda keçirilən anım mərasimində Rusiyadan gələn nüvə silahı təhlükəsi barədə yenidən xəbərdarlıq edib.

Poliqon xəbər verir ki, bu barədə TASS Agentliyi məlumat yayıb.

“Rusiyanın atom silahından istifadə ilə bağlı təhdidləri fonunda nüvə tərksilahı ilə bağlı vəziyyət getdikcə çətinləşir”, deyə baş nazir qeyd edib.

Hökumət başçısı vurğulayıb ki, Yaponiya atom bombasından zərər çəkmiş ölkə kimi “nüvə silahı olmayan” dünyaya nail olmaq üçün əlindən gələni etməyə davam edəcək.

Yapon siyasətçi qeyd edib ki, Xirosima və Naqasakinin 79 il əvvəl çəkdiyi iztirablar bir daha təkrarlanmamalıdır.

Poliqon.info