Quterreş nüvə silahından istifadə təhlükəsini real adlandırıb

BMT-nin baş katibi: Dünya yenidən nüvə silahından istifadə təhlükəsi ilə üz-üzədir...

BMT-nin baş katibi Antonio Quterreş Amerikanın Xirosimaya atom bombası atmasının 79-cu ildönümü ilə bağlı müraciətində nüvə silahından istifadənin mümkünlüyünü real təhlükə adlandırıb.

Poliqon xəbər verir ki, bu barədə TASS Agentliyi məlumat yayıb.

Quterreşin sözlərinə görə, beynəlxalq münasibətlərin pisləşməsi fonunda nüvə təhlükəsi yenidən özünü büruzə verməyə başlayıb.

“Bu təhlükə realdır və indi dünya bu təhlükə üz-üzədir”, deyə BMT-nin baş katibi bildirib.

Antonio Quterreş qeyd edib ki, nüvə silahı təhlükəsini nəhayət aradan qaldırmağın yeganə yolu ondan tamamilə imtina etməkdir. Baş katib vurğulayıb ki, nüvə müharibəsində qalib ola bilməz və buna heç bir şəraitdə başlamaq olmaz.

Poliqon.info