Fələstin prezidenti Rusiyaya səfərə hazırlaşır

Abbas Rusiyaya mövqeləri koordinasiya etmək və münasibətləri gücləndirmək üçün getdiyini bildirib...

Fələstin prezidenti Mahmud Abbas Rusiyaya gözlənilən səfərini açıqlayıb və məqsədi cari beynəlxalq hadisələrlə bağlı fikir mübadiləsi aparmaq, mövqeləri əlaqələndirmək və ikitərəfli münasibətləri gücləndirməkdir.

Poliqon xəbər verir ki, Fələstin prezidenti bu barədə “RİA Novosti” Agentliyinə müsahibəsində bildirib.

“Səfərimizin əsas məqsədi Fələstin və beynəlxalq arenada baş verən son hadisələrlə bağlı məsləhətləşmələr və fikir mübadiləsi aparmaq, mövqeləri koordinasiya etmək və bütün sahələrdə ikitərəfli əlaqələri gücləndirməkdir”, deyə Fələstin lideri qeyd edib. Abbas həmçinin əlavə edib ki, ölkələr arasında güclü tarixi əlaqələr var.

Diplomatik dairələrdəki mənbə “RİA Novosti”yə bildirib ki, Abbasın Rusiyaya səfəri avqustun 12-14-nə planlaşdırılıb və 13-də o, Rusiya prezidenti Vladimir Putinlə görüşəcək.

Poliqon.info