İraqda aviabazaya endirilən zərbə nəticəsində azı 5 ABŞ əsgəri yaralanıb

İraqdakı “Əl-Əsəd” aviabazasına endirilən zərbələr nəticəsində azı 5 amerikalı hərbçi yaralanıb...

Poliqon xəbər verir ki, bu barədə Reuters Agentliyi mənbələrə istinadən məlumat yayıb. Əvvəllər agentlik baza binasına zərbə endirilməsi və itkilər barədə məlumat versə də, yaralıların sayını dəqiqləşdirməyib. Reuters mənbələrinin məlumatına görə, yaralılardan birinin vəziyyəti ağırdır. Agentliyin mənbələri qeyd ediblər ki, qurbanların sayı arta bilər.

Qeyd edək ki, İraqdakı aviabaza avqustun 6-na keçən gecə hücuma məruz qalıb. ABŞ və İraq zərbəyə görə heç kimi məsuliyyəti üzərinəgötürməyib. Reuters-in mənbələrinə görə, hücumun İranın qisas təhdidləri ilə əlaqəli olub-olmadığı aydın deyil.

Xatırladaq ki, bundan əvvəl İran rəsmiləri Tehranda HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin qətlində ABŞ-ın məsuliyyət daşıdığını bəyan etmişdilər. İran hesab edir ki, Tehrana hücum İsrail Hərbi Hava Qüvvələri tərəfindən həyata keçirilib.

Poliqon.info