Kiyevdə azərbaycanlılarla hərbçilər arasında insident - Video

Kiyevin mərkəzində azərbaycanlıların iştirakı ilə insident baş verib
PİA.AZ modern.az-a istinadən xəbər verir ki, 2 Azərbaycan əsilli Rusiya vətəndaşı Ukrayna paytaxtında taksi sürücüsü ilə mübahisə ediblər. Hislərinə hakim ola bilməyən azərbaycanlılar taksi maşınının təkərlərini deşiblər.Yaxınlıqdan keçən Ukrayna ordusunun “Azov” batalyonun üzvləri insidentə müdaxilə edərək azərbaycanlılara qarşı güc tətbiq ediblər. Onların sənədlərini alan batalyon döyüşçüləri daha sonra azərbaycanlıları yerli polis idarəsinin əməkdaşlarına təslim ediblər.  İnsidentin videosunu təqdim edirik.