İsrail və ABŞ-nin müdafiə nazirləri Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər

İsrailin müdafiə naziri Yoav Qalant amerikalı həmkarı Lloyd Ostin ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib...

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"İsrailli nazir Ostini regionda təhlükəsizliklə bağlı vəziyyət, o cümlədən, İran və onun "peyk"lərindən gözlənilən potensial təhdidlərdən müdafiə etməyə hazır olması barədə məlumatlandırıb”, – məlumatda bildirilib.

O, həmçinin amerikalı həmkarına Vaşinqtonun sıx hərbi və strateji əməkdaşlıq çərçivəsində ölkəsinə verdiyi dəstəyə görə təşəkkür edib:

“Bundan başqa, nazir Qalant İsraili və regionu müxtəlif hava hücumlarından qorumaq üçün müttəfiqlər və tərəfdaşlar koalisiyasının yaradılmasında ABŞ-nin liderliyinin vacibliyini vurğulayıb”.

Poliqon.info