Ərdoğan: Beynəlxalq sistem artıq iflas edir

Beynəlxalq sistem artıq iflas edir...

“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) baş qərargahında keçirilən İnsan Haqları Təhsil Proqramında çıxışı zamanı deyib.

O bildirib ki, beynəlxalq siyasi sistemdə ciddi boşluqlar var: “Bu, hər ötən gün daha çox görünür. Və bizi narahat edir. Qan, insan ölümü artıq adi hala çevrilir”.

R.T.Ərdoğan söyləyib ki, dünyada baş verən hadisələrdən, o cümlədən Rusiya-Ukrayna müharibəsindən, Suriya hadisələrindən lazımi nəticə çıxarılmır: "Dünya siyasəti ən sərt döngələrdən birini dönür".

Poliqon.info