Banqladeşin istefa verən Baş naziri Böyük Britaniyadan sığınacaq istəyib - Yenilənib

Banqladeşin istefa verən Baş naziri Şeyx Hasina Böyük Britaniyadan sığınacaq istəyib...  

“Report” xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, Şeyx Hasina Böyük Britaniya vətəndaşlığı olan bacısı ilə Hindistandadır.

***

Banqladeşin Baş naziri Şeyx Hasina ölkədə davam etirazlar fonunda istefa verib.

Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Bildirilib ki, Şeyx Hasina və onun bacısı ölkəni tərk edərək hərbi helikopterlə Hindistana gediblər.

Ölkənin baş naziri qaçdıqdan sonra etirazçılar onun iqamətgahına basqın etməyə başlayıblar.

Xatırladaq ki, hazırda ölkədə komendant saatı elan edilib. Şəhərlərin küçələrinə hərbçilər nəzarət edirlər. Ölkədə internet bağlanıb, sosial şəbəkələrə daxil olmaq mümkün deyil. Banqladeş Dəmir Yolları xidmətləri qeyri-müəyyən müddətə dayandırıb.

Poliqon.info