Çempionlar Liqası: "Qarabağ" - "Ludoqorets" matçına 20 mindən çox bilet satılıb

"Qarabağ"ın Bakıda Bolqarıstan təmsilçisi "Ludoqorets"ə qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununa indiyədək 23000 bilet satılıb...

Bu barədə "Report"a Ağdam klubunun mətbuat katibi Anar Hacıyev məlumat verib.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matç üçün satışa 30000 bilet çıxarılıb.

Qeyd edək ki, avqustun 6-da reallaşacaq “Qarabağ” – “Ludoqorets” görüşü saat 20:00-da başlayacaq. Cavab görüşü avqustun 13-də olacaq.

Poliqon.info