Britaniyada on minlərlə təqaüdçü müflis ola və dona bilər

Hökumətin yanacaq subsidiyalarını azaltmaq qərarına görə on minlərlə britaniyalı təqaüdçü müflis ola və ya qışda dona bilər...

Poliqon xəbər verir ki, bu barədə "The Guardian" nəşri yazıb.

Qəzet bu barədə "Policy in Practice" analitik şirkətinin hesabatına istinad edir. Təhlillər göstərir ki, Böyük Britaniyada 130,000 yaşlı insan qış yanacağı ödənişləri almayacaq, çünki onların gəlirləri bu subsidiyalar üçün uyğun olan həddi aşıb.

Qeyd olunur ki, Britaniya hakimiyyətinin son qərarı İngiltərə və Uelsdəki təqribən 10 milyon təqaüdçünün müavinətlərini "iqtisadiyyatın əsaslarını düzəltmək" üçün tədbirlər paketinin bir hissəsi kimi ləğv edir.

Böyük Britaniya Milli Pensiyaçılar Konvensiyasının baş katibi İan Şort qışda pensiyaçıların yanacağa çıxışı kəsildiyi üçün xəstəxanaya müraciətlərin və ölümlərin daha çox olması riski barədə xəbərdarlıq edib.

"Bizim daha çox soyuq, rütubətli və kiflənmiş evlərimiz olacaq, çünki insanlar yalnız sağ qalmaq üçün istiliyi söndürəcəklər", deyə İan Şort bildirib.

Poliqon.info