Bu ilin birinci yarısında Avropadan 2124 Gürcüstan vətəndaşı deportasiya edilib

2024-cü ilin birinci yarısında Aİ ölkələri 2124 Gürcüstan vətəndaşını deportasiya edib...

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, ən çox deportasiya Almaniya (1367 nəfər), sonra Fransa (299) və Yunanıstandan (91) olub.

2023-cü ilin birinci yarısında Aİ ölkələri 2313 gürcüsünü deportasiya edib.

Qeyd edək ki, 2017-ci ilin mart ayından gürcülər turizm, işgüzar və qonaq səfərləri üçün Şengen ölkələrinə qısamüddətli vizasız (180 gün ərzində 90 gün) səfərlər etmək hüququ əldə ediblər.

Poliqon.info