“Qalatasaray”dan 18 milyonluq transfer

"Qalatasaray" heyətini yeni futbolçu ilə gücləndirib...

Milli.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi "Norviç"dən Qabriel Saranı transfer edib.

25 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb. "Qalatasaray" braziliyalı futbolçu üçün 18 milyon avro ödəyəcək.

Qeyd edək ki, Sara ötən mövsüm "Norviç"lə Çempionşipdə 46 oyunda 13 qol vurub, 12 məhsuldar ötürmə edib.

Poliqon.info