Çempionlar Liqası: "Qarabağ"ın pley-off mərhələsindəki potensial rəqibi bu gün müəyyənləşir

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılacaq...

Poliqon xəbər verir ki, mərasimdə Azərbaycan çempionu “Qarabağ”ın da potensial rəqibi bilinəcək.

Tədbir Bakı vaxtı ilə saat 14:00-da start götürəcək.

"Qarabağ" - "Ludoqorets" (Bolqarıstan) cütü Çempionlar yolunun səpələnməmişlər səbətində yer alacaq.

Çempionlar yolu

Səpələnmişlər

“Dinamo” (Zaqreb, Xorvatiya)“Srvena Zvezda” (Serbiya)"Malmö" (İsveç) - PAOK (Yunanıstan)"Midtullan" (Danimarka) - "Ferentsvaroş" (Macarıstan)“Yanq Boyz” (İsveçrə)

Səpələnməmişlər

"Qarabağ" - "Ludoqorets" (Bolqarıstan)“Qalatasaray” (Türkiyə)"Slovan" (Slovakiya) - APOEL (Kipr)"Yagellonya" (Polşa) - "Budyo Qlimt" (Norveç)"Sparta" (Çexiya) - "Styaua" (Rumıniya)

Liqa yolu

Səpələnmişlər

"Dinamo" (Kiyev, Ukrayna) - “Reyncers” (Şotlandiya)“Slaviya” (Çexiya) - “Yunion” (Belçika)

Səpələnməmişlər

“Lill” (Fransa) - "Fənərbağça" (Türkiyə)“Zaltsburq” (Avstriya) - “Tvente” (Niderland)

Qeyd edək ki, pley-off matçları 20-21 və 27-28 avqust tarixlərində keçiriləcək.

Poliqon.info