Mali Ukrayna ilə diplomatik əlaqələri kəsib

Mali hakimiyyəti Ukrayna ilə diplomatik münasibətləri kəsmək qərarına gəlib...

Mali hakimiyyəti hesab edir ki, Ukrayna kəşfiyyatı hökumət qoşunları və Vaqner ÖHŞ-yə hücum edən üsyançılara dəstək verib.

Poliqon xəbər verir ki, münasibətlərin “dərhal” kəsilməsi ilə bağlı sənəd Mali hökumətinin saytında dərc olunub.

Qərar Ukrayna hərbi kəşfiyyatının nümayəndəsi Andrey Yusov və Ukraynanın Seneqaldakı səfiri Yuri Pivovarovun üsyançıların Vaqner ÖHŞ-yə hücum ilə bağlı verdikləri açıqlamalarla izah edilib. Mali hesab edir ki, birinci Ukraynanın hücumda iştirakını etiraf edib, ikincisi isə açıq şəkildə beynəlxalq terrorizmi dəstəkləyib. Press-relizdə qeyd olunur ki, Ukrayna hakimiyyəti bu bəyanatları pisləməyib və ya təkzib etməyib.

“Ukrayna hakimiyyətinin hərəkətləri Malinin suverenliyini pozur, xarici müdaxilə çərçivəsindən kənara çıxır ki, bu da özlüyündə qınaq obyektidir və Maliyə qarşı açıq təcavüz və beynəlxalq terrorizmə dəstəkdir”, deyə sənəddə deyilir.

Mali hakimiyyəti Rusiya-Ukrayna münaqişəsində neytral mövqe tutduqlarını qeyd ediblər. Yayılan sənəddə isə Mali Ukrayna hakimiyyətinin “neonasist və yaramaz” olduğunu iddia edir.

İyulun sonunda Malidəki silahlı qrupların koalisiyası bildirib ki, Tuareq üsyançıları onlarla hökumət əsgərini, həmçinin Vaqner ÖHŞ-nin rus muzdlularını öldürüb və yaralayıb. Yayılan məlumatlarda Vaqner ÖHŞ-nin 80-dən çox itki verdiyi bildirilib. Həmçinin muzdluların əsir götürüldüyü barədə videolar yayımlanıb. Mali Baş Qərargahı itkilərini iki nəfər olaraq qiymətləndirib. “VaqnerÜ ölənlərin dəqiq sayını açıqlamadan Malidəki əsgərlərinin ölümünü təsdiqləyib.

Poliqon.info