Livandan yenidən İsrailə hücum edilib, iki əsgər yaralanıb

İsrail ordusu Livandan çoxlu “şübhəli hava hədəfləri”nin atılmasını qeydə alıb...

Ölkənin şimalındakı Ayelet HaŞaharom kəndi yaxınlığına mərmilərin düşməsi nəticəsində bir İsrail ordusunun zabiti və əsgəri yaralanıb.

Poliqon xəbər verir ki, bu barədə İsrail ordusunun Teleqram mesajında bildirilib. Xəbərdə qeyd edilir ki, Yuxarı Qaliley bölgəsində hava hədəfləri İsrail hava sərhədini keçib. Mərmilərin düşdüyü ərazidə yanğın baş verib. Hadisə yerində yanğınsöndürənlər işləyir.

Qeyd edək ki, avqustun 4-nə keçən gecə İsrail də Livandan raket atəşinə tutulub. İsrail ordusu atılan 30 raketin əksəriyyətini vurduğunu iddia edib.

İsrail ordusu buna cavab olaraq Livan Hizbullah hərəkatının hədəflərini vurub.

Poliqon.info