“Elcan məni parodiya edə bilmir”

Xalq artisti Afaq Bəşirqızı aktyor Elcan Rəsulovla bağlı qalmaqallı açıqama verib...

Poliqon olay-a istinadən bildirir ki, "Şən gənc" layihəsində aktrisanı parodiya edənlərdən söz açılıb. Əməkdar artist Coşqun Rəhimov "Afaq xanımı ən yaxşı tələbəsi Elcan parodiya edib", - deyə, bildirib. 

Bəşirqızı isə bu fikrə etiraz edərək  "Yox, o deyil. Onun parodiyasını qəti bəyənmirəm. Məni bir nəfər o vaxt Gənc Tamaşaçılar Teatrında parodiya edib. Uşağın adı yadımdan çıxıb. Ondan sonra yaxşı parodiya edən olmayıb. O edə bilmir (Elcanı nəzərdə tutur - red.)", - deyə, vurğulayıb.

Poliqon.info