Cəlilabadda 90 yaşlı kişini əqrəb sancıb - Yenilənib

Cəlilabadın Kövüzbulaq kəndində əqrəbin sancdığı 90 yaşlı kişi xəstəxanadan evə buraxılıb...

Bu barədə "Report"un Muğan bürosuna TƏBİB-dən məlumat verilib.

Qeyd olunub ki, bu gün saat 12:30 radələrində 1934-cü il təvəllüdlü şəxs (kişi cinsli) əqrəb sancması səbəbilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım şöbəsinə hospitalizasiya olunub.

Ona zəruri tibbi yardımlar göstərilib və ambulator müalicə üçün evə buraxılıb.

***

Həmin kənd sakini, 1934-cü il təvəllüdlü Camalxan Mahmudov əqrəb sancması ilə əlaqədar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Ona zəruri tibbi yardım göstərilib.

Xəstənin dediyinə görə, onu əqrəb sancıb.

Poliqon.info