Azərbaycan Premyer Liqası: Bu gün daha iki oyun baş tutacaq

Azərbaycan Premyer Liqasının I turunda bu gün daha iki oyun baş tutacaq...

"Report" xəbər verir ki, əvvəlcə "Sabah" doğma meydanda "Şamaxı"nı qəbul edəcək.

"Bank Respublika Arena"da baş tutacaq görüşə 17:30-da start veriləcək.

I turun son görüşü Zirə İdman Kompleksinin stadionunda keçiriləcək. "Səbail" səfərdə "Zirə"nin qonağı olacaq. Bu qarşılaşma 20:00-da başlayacaq.

Azərbaycan Premyer Liqası

I tur

4 avqust

17:30. "Sabah" - "Şamaxı"

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Fərid Hacıyev.

VAR: Tural Qurbanov.

AVAR: Elşad Abdullayev.

Hakim-inspektor: Vüsal Əliyev.

AFFA nümayəndəsi: Seymur Səlimli.

Masazır, "Bank Respublika Arena".

20:00. "Zirə" - "Səbail"

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əli Əliyev.

VAR: Nicat İsmayıllı.

AVAR: Vüsal Məmmədov.

Hakim-inspektor: Asim Xudiyev.

AFFA nümayəndəsi: Eldəniz Musayev.

Zirə İdman Kompleksinin stadionu.

Qeyd edək ki, mövsümün açılış matçında "Qarabağ" səfərdə "Araz Naxçıvan"a 4:1 hesabı ilə qalib gəlib. Ötən gün baş tutan "Neftçi" - "Turan Tovuz" matçında qol vurulmayıb. "Sumqayıt" isə "Kəpəz"i 2:0 hesabı ilə məğlub edib.

Poliqon.info