Azərbaycan Premyer Liqası: "Neftçi" – "Turan Tovuz" matçında qalib müəyyənləşməyib

Bu gün Azərbaycan Premyer Liqasında I turun daha bir oyunu keçirilib...

"Report" xəbər verir ki, "Neftçi Arena"da "Neftçi" "Turan Tovuz"u qəbul edib.

Qarşılaşma qolsuz heç-heçə ilə yekunlaşıb.

Qeyd edək ki, 2024/2025 mövsümünün açılış matçında "Qarabağ" səfərdə "Araz Naxçıvan"a 4:1 hesabı ilə qalib gəlib.

Poliqon.info