Baş Qərargah rəisi: Hərbçilərimizin peşəkarlıq səviyyəsi daha da yüksəldilib

Azərbaycan Ordusunun müxtəlif qoşun növlərinin cəlb olunduğu beynəlxalq və müştərək təlimlərin keçirilməsi ilə hərbi qulluqçuların peşəkarlıq səviyyəsi daha da yüksəldilib...

Poliqon xəbər verir ki, bunu müdafiə nazirinin müavini, Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev kollegiya iclasında deyib.

O bildirib ki, cari ilin birinci yarımili ərzində qoşunların əməliyyat imkanlarının və qərargahların komanda idarəetmə qabiliyyətlərinin artırılması, mühəndis, kəşfiyyat və digər sahələrdə həyata keçirilən tədbirlər haqqında geniş məruzə ilə çıxış edib, ordu quruculuğu sahəsində uğurlu islahatlar aparılıb.

Poliqon.info