Şəhidin anası vəfat etdi - Foto

Vətən müharibəsi şəhidi Kamal Babayevin anası vəfat edib...

Poliqon qafqazinfo-ya istinadən xəbər verir ki, şəhidin anası Lalə Babayeva İsmayıllı rayonunun Xanagah kəndində uzunsürən xəstəlik səbəbindən ölüb.

Qeyd edək ki, 1991-ci il təvəllüdlü Kamal Babayev 2020-ci il noyabrın 5-də Şuşanın Daşaltı kəndi yaxınlığında şəhid olub. Ölümündən sonra "Vətən uğrunda" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.

Poliqon.info