Oğuzda üzərinə ağac düşən 36 yaşlı kişi ölüb

Oğuz rayonunda 36 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb...

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Tayıflı kəndində meşəlik ərazidə baş verib.

Belə ki, 1988-ci il təvəllüdlü Bayramov Fuad Valeh oğlu meşədə olarkən üzərinə ağac düşüb.

O, Oğuz Rayon Mərkəzi Xəstəxanasına aparılıb və daha sonra orada ölüb.

Poliqon.info