Horadizdə insan həyatına təhlükə yaradan avtokranın fəaliyyəti dayandırılıb - Video

Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin olunması istiqamətində səlahiyyətləri daxilində fəaliyyətini davam etdirir...

Bu barədə FHN-dən məlumat verilib.

Bildirilib ki, Agentliyin müfəttişləri tərəfindən Füzuli rayonunun Horadiz şəhərində fəaliyyət göstərən avtokranda plan üzrə yoxlama aparılıb.

"Yoxlama zamanı avtokranın yük qarmağının yuxarı həddini məhdudlaşdıran avtomatik qurğunun quraşdırılmadığı müəyyənləşdirilib.

Göstərilən halın insan həyatı və sağlamlığı üçün təhlükəsi nəzərə alınaraq, Agentliyin mütəxəssisləri tərəfindən qanunvericiliyə uyğun olaraq inzibati akt tərtib edilməklə avtokranın fəaliyyəti dayandırılıb"- deyə məlumatda qeyd olunub.

Poliqon.info