Azərbaycan Yay Olimpiya Oyunlarında ilk 20-liyə daxil oldu

Azərbaycan Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında medal sıralamasında 18-ci pillədə qərarlaşıb...

Oxu.Az xəbər verir ki, Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyevin (100 kq) cüdo yarışlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxması yığmamızın aktivinə 2 qızıl medal yazdırıb.

Boksçu Alfonso Dominqes (92 kq) yarımfinala yüksəlməklə ən azı bürünc medalı təmin edib. O, mübarizəyə davam etdiyi üçün mükafat cədvəldə göstərilməyib.

Qardaş ölkə Türkiyə və Ukrayna 40-cı (hər ikisi 1 gümüş, 1 bürünc), Gürcüstan isə (1 qızıl, 2 gümüş) 21-ci sıradadır.

İlk üçlükdə Çin (13 qızıl, 9 gümüş, 9 bürünc), Fransa (11 qızıl, 12 gümüş, 13 bürünc) və Avstraliya (11 qızıl, 6 gümüş, 5 bürünc) yer alıb.

Hələlik 54 ölkə medal əldə edə bilib.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

Poliqon.info