Rusiyalı senatorun saxlanılmazdan öncəki görüntüləri yayıldı - Video

Rusiyada Federasiya Şurasının iclasından çıxarkən saxlanılan Tula vilayətinin senatoru Dmitri Savelyevin son görüntüləri yayımlanıb...

Poliqon qafqazinfo-ya istinadən xəbər verir ki, siyasətçinin iclasda gərgin olduğu diqqətdən qaçmır.

İclasın sonunda baş prokuror İqor Krasnov zala daxil olur və senatorun keçmiş biznes tərəfdaşı İonovun qətlinin təşkilində şübhəli bilindiyi üçün onun toxunulmazlığının ləğv edilməsini istəyir.

Savelyev iclasdan çıxarkən saxlanılır. Bu anlar yayıma düşməyib.

Poliqon.info