Olimpiya çempionlarımız Vətənə qayıdır

Paris 2024 Yay Olimpiya Oyunlarında tarixi qələbə qazanan cüdoçularımızın Azərbaycana qayıdacağı tarix bəlli olub...

Poliqon qafqazinfo-ya istinadən xəbər verir ki, onlar 4 avqust saat 05:15-də Heydər Əliyev Beynəlxalq Hava Limanında olacaq.

Qeyd edək ki, Azərbaycan cüdoçuları Hidayət Heydərov (-73 kq.) və Zelim Kotsoyev (-100 kq.) Paris 2024 Yay Olimpiya Oyunlarında qızıl medal qazanıblar. Azərbaycan cüdo üzrə yarışlarda 2 qızıl medal qazanaraq ümumi hesabda və kişilər arasında ikinci yeri tutub.

Poliqon.info