Biləsuvarda qohumunun avtomobilini qaçıran şəxs saxlanılıb

Biləsuvarda qohumunun avtomobilini qaçıran şəxs saxlanılıb...

APA nın verdiyi xəbərə görə, Biləsuvar rayon, Xırmandalı kənd sakini olan bir nəfər gecə saatlarında yaşadığı evin qarşısında saxladığı VAZ markalı avtomobilinin qaçırılması barədə polisə məlumat verib.

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətmiş şəxs müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun avtomobili qaçırılan şəxsin qohumu və həmkəndlisi 22 yaşlı Heydər Məmmədli olduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.info